Dünya

Denqe qızdırması yenə baş qaldırdı

  • 02 Aug 2018
  • 158831 baxış

Kubanın Kamaquey vilayətində denqe qızdırması yayılıb.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, vilayətdə artıq 7 xəstəliyə yoluxma faktı qeydə alınıb, bunlardan üçü ölümlə nəticələnib.

Bununla əlaqədar olara Rusiya XİN bu ölkəyə səfər etmək istəyən vətəndaşlarına ehtiyatlı olmağı tövsiyə edib.

Bundan öncə Rusiya Səhiyyə Nazirliyi ölkə vətəndaşlarının Vyetnam, Tailand, İndoneziya, Hindistan, eləcə də Honkonq və Maldiv adalarını ziyarət etdikdən sonra bu xəstəliklə ölkəyə dönmələri faktının olması barədə məlumat yaymışdı.

>

Qeyd edək ki, Kubanın bir neçə əyalətində də denqe xəstəliyi və Zika virusu ilə yoluxma halları qeydə alınıb. Son bir neçə həftə ərzində azı 10 nəfərin denqedən həyatını itirdiyi bildirilib.

2017-ci ildə denqe xəstəliyinə yoluxma halları əvvəlki illərə nisbətən 68 faiz azalmışdı.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR