Mədəniyyət

Azərbaycan kinosunun yaranmasının 120 illiyidir

  • 02 Aug 2018
  • 154972 baxış


Bu gün Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Milli Kino günü və Azərbaycan kinosunun yaranmasının 120 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək.


Bu barədə 
XalqTv.com-a Nazirlikdən məlumat verilib.

Azərbaycan Respublikası Prezidentinin 31 yanvar 2018-ci il tarixli 3616 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə tərtib olunmuş Tədbirlər Planına uyğun olaraq təşkil edilən mərasimdə rejissor Yavər Rzayevin milli kinomuzun tarixi və keçdiyi zəngin inkişaf yolundan bəhs edən sənədli film nümayiş etdiriləcək.

Eyni zamanda mədəniyyət və incəsənət xadimlərinin, kino ictimaiyyətinin və həvəskarlarının iştirak edəcəyi mərasimdə bir qrup kino xadiminin mükafatlandırılması nəzərdə tutulub.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə bir qrup kino xadimi fəxri ad və ordenlərlə təltif edilib.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR