idman

Bu aeroportda sifətlər tanınacaq

  • 02 Aug 2018
  • 1549140 baxış

Oslo aeroportunda Fransanın "IDEMIA" şirkəti tərəfindən hazırlanmış "MorphoFace" adlı sifətin tanınması sistemi tətbiq edilib. Sözügedən sistem avtomatlaşdırılmış sərhəd nəzarət-buraxılış məntəqələri avadanlığının bir hissəsi olub.
 
XalqTV.com ICTnews-a istinadən bildirir ki, bundan əvvəl "MorphoFace" sistemi Yeni Zelandiya və Sinqapurun Çanqi aeroportunun yeni "T4" terminalında uğurla tətbiq edilib. Sistem sözügedən aeroportlarda reysləri avtomatik qeydə almağa xidmət edir. Avropada ilk dəfə Oslo aeroportu "MorphoFace" adlı sifətin tanınması sistemi ilə təchiz edilib.
 
Yeni sistem Oslo aeroportunda sərhəd nəzarət məntəqələrinin buraxılış qabiliyyətini artıraraq köhnə infrastrukturu əvəz edəcək.
 
"IDEMIA" şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmış texnologiya hərəkətdə olan sifətin təsvirini ələ keçirərək onu tanıyır.

XalqTV.com

>

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR