Dünya

Ərdoğan: “Təhdid dili ilə danışanlara güzəştə getməyəcəyik”

  • 01 Aug 2018
  • 154923 baxış

Bizə hədə-qorxu gəlmək heç kimə bir şey qazandırmaz. Bizimlə təhdid dili ilə danışanlara güzəştə getməyəcəyik.

XalqTv.com APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rahib Branson məsələsi ilə bağlı ABŞ-ın Türkiyəyə sanksiya tətbiq edəcəyi barədə səslənən fikirlərə münasibət bildirərkən deyib.

O deyib ki, Türkiyədə dini azlıqlarla bağlı problem yoxdur: "Lakin ABŞ-da evanqelist, sionist anlayışın bu tərzdə danışmasını əsla qəbul etmirik. Azadlığımızı, məhkəmə sistemin müstəqilliyini qoruyaraq yolumuza davam edəcəyik".

ABŞ Dövlət Departamenti isə rahib Branson məsələsi ilə bağlı ABŞ-ın Türkiyəyə sanksiya tətbiq edəcəyi xəbərdarlığının çox ciddi olduğunu açıqlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Hizer Noyret bildirib ki, rahib ev dustaqlığına buraxılsa da, bu, yetərli deyil.

Qeyd edək ki, rahib Endryu Branson FETÖ və PKK təşkilatlarına casusluqda ittiham olunaraq 2016-cı il dekabrın 9-da həbs olunub. ABŞ prezidenti Donald Tramp və vitse-prezident Mayk Pensin bu məsələni gündəmə gətirməsi və Türkiyəni sanksiyalarla təhdid etməsi ilə iki ölkə arasında münasibətlər gərginləşib. Ötən ay Endryu Bransonun növbəti məhkəməsi keçirilib və o, ev dustaqlığına buraxılıb.

XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR