Xəbərlər

Rayonlara avtobuslar bu qiymətə gedəcək - CƏDVƏL - YENİLƏNİB

  • 01 Aug 2018
  • 158863 baxış

Dünən Tarif Şurasının qiymət dəyişikliyindən sonra rayonlararası hərəkət edən marşrutlarda da qiymətlər artıb. Yəni artıq qiymət gediləcək rayona kimi olan məsafəyə görə hesablanacaq. Belə ki, bir kilometr yolun qiyməti 2,4 qəpik müəyyən edilib.

XalqTv.com xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyat Xidməti artıq yeni qiymətləri hesablayaraq yayımlayıb. Məlum olub ki, qiymətlər köhnə rəsmi qiymətlərə nisbətən 2-3 manat artıb.

Artıq vəsait tələb edilməməsi üçün biletləri kassadan və ya onlayn əldə edə bilərsiniz.

XalqTv.comhttp://qafqazinfo.az/uploads/images/111.jpghttp://qafqazinfo.az/uploads/images/111.jpg Tarif Şurasının qərarı ilə sabahdan etibarən ölkə ərazisində metro və ictimai nəqliyyatda gediş haqqı artırılacaq. Bundan əlavə, Bakıdan rayonlara və əks istiqamətdə gələn avtobuslarda da gediş haqqı yeni tariflə hesablanacaq. Belə ki, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.

Milli.Az xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova azvision.az-a açıqlamasında bildirib ki, yeni tariflə məsafədən asılı olaraq şəhər və rayonlara qiymətlər yenidən hesablanır.

"Hazırda daşıyıcılarla görüşlər keçirilir və yeni tariflərlə qiymətlər hesablanır. Məsələn, Zaqatala rayonuna əvvəl 6,69 qəpiyə gedilirdisə, hazırkı tariflə bu qiymət 10 manat olacaq. Və ya Tərtər istiqamətdə əvvəl gediş haqqı 5,20 qəpik idisə, yeni tariflə 7,80 qəpik olacaq. Yeni qiymətlər hazır olan kimi ictimaiyyətə cədvəl açıqlanacaq".

XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR