idman

\"Qarabağ\"la oyun üçün 150 min avroluq mükafat

  • 01 Aug 2018
  • 158775 baxış

Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Kukesi"nin prezidenti Safet Qiçi bu mərhələni uğurla adlayacaqları halda futbolçulara rekord mükafat vəd edib.

XalqTV.com sportal.az-a istinadən xəbər verir ki, bu barədə Albaniya mətbuatı məlumat yayıb. Qiçi "Kukesi"nin III mərhələyə yüksələcəyi halda, komanda üzvlərinə 150 min avroluq mükafat verəcəyini futbolçulara deyib.

"Kukesi" "Valetta" səddini aşdığı üçün 100 min avroluq mükafat almışdı.

Qeyd edək ki, "Qarabağ" - "Kukesi" matçı avqustun 1-də baş tutacaq. Cütün ilk oyununda hesab açılmayıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR