Siyasət

"Rusiya Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmən qalmasını istəyir"

  • 01 Aug 2018
  • 154944 baxış

Ermənistanda maraqlı fakt aşkarlayıblar. Sən demə, Ermənistanda Azərbaycan və Türkiyə əleyhinə ən çox informasiya yayan yerli informasiya saytını Rusiyanın Gümrüdəki 102 nömrəli hərbi bazasının komandanlığı maliyyələşdirirmiş.

XalqTv.com  xəbər verir ki, bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, hərbi baza 2016-cı ildə erməni sayta 100 min rubl ayırıb: "Bunun qarşılığında sayt Azərbaycan və Türkiyə əleyhinə təbliğat aparmalı idi. Bu faktın özü də göstərir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı deyil, Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmən qalmasını istəyir. Ancaq Rusiyanın hərbi bazasının Azərbaycan əlehinə təbliğatı maliyyələşdirməsi nonsensdir. Demək, Rusiyanın Ermənistandakı hərbi bazasının belə bir "missiyası" da var imiş".

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR