Hadisə

Bakı bulvarı yaxınlığında 2 nəfərin olduğu qayıq yoxa çıxıb

  • 01 Aug 2018
  • 155216 baxış

Dənizkənarı Milli Park yaxınlığında içərisində 2 nəfərin olduğu qayıq küləyin təsirindən qeyri-müəyyən istiqamətdə dənizə səmt alıb.

Fövqəladə Hallar Nazirliyindən XalqTv.com-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 1 ədəd gəmisi axtarışlara cəlb olunub, yaxınlıqda üzən gəmilərə məlumat verilib.

Bu gün səhər saatlarından başlayaraq axtarışlar davam etdirilir.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu, Aviasiya dəstəsinin "Mi-17" helikopteri, Dövlət Sərhəd Xidmətinin 2 ədəd helikopteri və 2 ədəd gəmisi axtarışlarda iştirak edir.

Əlavə məlumat veriləcək​.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR