idman

Şəhriyar dünya çempionunu məğlub etdi

  • 31 Jul 2018
  • 158800 baxış

İsveçrənin Bil şəhərində şahmat üzrə super turnir davam edir.

XalqTV.com  oxu.az-a istinadən bildirir ki, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov IX turda dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb.

Beş gün əvvəl qara fiqurlarla Karlsenə məğlub olmamış Məmmədyarov bu dəfə ağ fiqurlarla rəqibi ilə daha üstün oynayaraq qalib gəlib.

Qeyd edək ki, bu uğurdan sonra Şəhriyar Məmmədyarovun 7 xalı oldu. Maqnus Karlsen isə beş xal toplayıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR