İqtisadiyyat

Bitkoin cüzi ucuzlaşıb

  • 31 Jul 2018
  • 155236 baxış

Dünyada ən populyar kriptovalyuta olan bitkoinin qiyməti 8 min dollar ətrafında dəyişir.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, hazırda bitkoin cüzi ucuzlaşıb.

"CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 0,54% azalaraq 8,164 min dollar təşkil edib.

>

Alternativ kriptovalyutalar fərqli dinamika nümayiş etdirib. Belə ki, "Ethereum" 0,49% və ya 463,6 dollaradək, "Ripple" 0,02% (0,452 dollara qədər) ucuzlaşıb, "Bitcoin Cash" isə 0,04% (821,88 dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 295,36 milyard dollar təşkil edir və bunun 47,5% faizi bitkoinin payına düşür.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR