idman

\"Banklara yalvarana qədər, azarkeşlərə yalvararam\"

  • 30 Jul 2018
  • 154901 baxış

Galatasaray-ın vitse-prezidenti Abdurrahim Albayrak yerli mətbuata açıqlama verib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, türkiyəli funksioner bir sıra məqamlara toxunub.

"İnter-dən Milan-a, Barcelona-dan Real Madrid-ə futbolçular keçə bilir. Niyə Türkiyədə böyük klublardan biri sisteminə uyğun gələyən futbolçunu rəqibinə verməsin? Aramızda bu cür şeylərin olması, həm azarkeşlər arasında gərginliyi azaldar, həm də Türkiyənin pulu kənara getməz. Fatih Terim bununla bağlı gözəl çıxış etdi.

Albayrak söhbətin təkcə Ozan Tufandan getmədiyinə işarə vurub.

"Biz konkret futbolçunu transfer etmək istəyirik deyə Terimin belə danışdığını düşünməyin. Əvvəllər belə təcrübə olub. Biz Raşit Çetineri Fenerbahçe-dən almışıq. Onlara da bir sıra futbolçular vermişik. Hazırda klub prezidentləri bir-birinə yaxındır.

Galatasaray-ın transfer fəaliyyəti necə olacaq? Biz mövsüm öncəsi satdığımız abonentlərdən 85 milyon TL qazanmışıq. Ötən mövsüm təkcə bir futbolçuya 65 milyon TL ödəmişik. Bu klublar necə dolanar? Bütün yerlər, fəxri lojalar satılır. Yenə maliyyə azlıq edir. Mən banklara yalvarana qədər, azarkeşlərə yalvararam. Belə şərtlərdə transfer pulunu necə ödəyəcəksən? Hər kəs ayağını yorğanına görə uzatmalıdır. Biz gecə əlimizdə fənər küçəyə çıxıb futbolçu axtarmırıq. Almaq istədiyimiz futbolçuları saatlarla, günlərlə izləyirik. Galatasaray və digər klublar bu vaxtdan etibarən bir TL belə boşa xərcləyə bilməz".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR