Dünya

iPhone ilə çəkilmiş ən yaxşı FOTOlar seçildi

  • 30 Jul 2018
  • 154900 baxış

iPhone smartfonu ilə çəkilmiş fotolar arasında dünya miqyasında ən yaxşıların seçildiyi "The iPhone Photography Awards" müsabiqəsi başa çatıb.

XalqTV.com bildirir ki, müsabiqənin qalibi Banqladeşdə yaşayan fotoqraf Caşim Salmanın rohinya müsəlmanlarının qaçqın düşərgəsində çəkdiyi "Displaced" fotosudur.

Müsabiqənin banisi və təşkilatçısı Kenan Aktulunun dediyinə görə, müsabiqədə 100-dən artıq ölkədən göndərilmiş minlərlə fotoşəkil nəzərdən keçirilib.

>

İkinci yeri 47 yaşlı antropoloq Aleksandr Veberin Braziliyada, Salvador de Bayya şəhərində çəkdiyi "Sarı və mavidə Bayana" fotosu, üçüncü yeri isə myanmalı fotoqraf Zanni Mio Vinin çəkdiyi foto tutub.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR