idman

Vitsel Avropaya qayıdır

  • 30 Jul 2018
  • 155201 baxış

Çinin "Tianjin Quanjian" komandasında çıxış edən Aksel Vitsel yenidən Avropaya qayıda bilər.

XalqTV.com xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin xidmətində "Borussiya" maraqlıdır. Almaniya mətbuatının yazdığına gözə, Dortmund təmsilçisi Belçika millisinin üzvü üçün Asiya klubuna 20 milyon avro təklif edib.

Qeyd edək ki, karyerası ərzində "Standard", "Benfika" və "Zenit"də çıxış edən Vitsel 2016-ci ildə "Tianjin Quanjian"a transfer olub. O, Çin klubunun heyətində meydana çıxdığı 45 qarşılşmada 6 qol vurub.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR