idman

Portuqaliya Avropa çempionu oldu

  • 30 Jul 2018
  • 1548928 baxış

19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının qalibi müəyyənləşib.

XalqTV.com sport24.az-a istinadən xəbər verir ki, Finlandiyada təşkil olunan AÇ-2018-in həlledici oyununda İtaliya və Portuqaliya yığmaları üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib - 2:2. Bu üzdən də əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtda qapılara daha 3 qol vurulub. Sonda Portuqaliya yığması 4:3 hesabıyla qalib gəlib.

Portuqaliyalıların heyətində Joao Felipe dubl edib (45, 104). Digər qolları isə Fransisko Trinkanla (72) Pedro Korreya (109) vurub. İtaliya yığmasının heyətində isə Moyze Kin dubla imza atıb (75, 76), digər qolu Canluka Skamakka vurub (107).

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR