idman

\"Barselona\" açıqladı: Müdafiəçi gedir

  • 30 Jul 2018
  • 155242 baxış

Luka Din "Barselona"dan ayrılacaq. XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, bu barədə klub rəsmi açıqlama yayıb.

Bildirilib ki, artıq tərəflər bir araya gələrək ayrılıq anlaşmasının detallarını razılaşdırıblar.

Fransa mətbuatı iddia edir ki, müdafiəçi "Everton"a keçəcək. Daha əvvəl keçidin 20 milyon avroya baş tutacağı haqqında xəbərlər yayılmışdı.

Qeyd edək ki, 25 yaşlı Din "Barselona"ya 2016-cı ildə keçib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR