idman

\"Borussiya\"dan \"Çelsi\"yə təklif: Bu oyunçunu alın

  • 29 Jul 2018
  • 155125 baxış

"Borussiya" oyunçusu Kristian Pulişiçi "Çelsi"yə təklif edib. XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, Dortmund klubunun rəhbərliyi 19 yaşlı amerikalı oyunçunu istədikləri vaxt onlara sata biləcəklərini bildiriblər.

Almanlar gənc futbolçuya qarşılıq 65 milyon funt (73 milyon avro) tələb edirlər. "Goal.com" iddia edir ki, təklif "Çelsi"nin sahibi Roman Abramoviçin xoşuna gəlsə də, o, Pulişiç üçün bu qədər pul xərcləməyin doğru olub-olmadığından əmin deyil.

2006-cı ildən "Borussiya"nın əsas komandasına çıxış edən Kristian bu müddətdə meydana çıxdığı 32 oyunda 5 qol vurub, 5 dəfə də məhsuldar ötürmə ilə diqqət çəkib.

Qeyd edək ki, Pulişiçlə "Real", "Bavariya", "Barselona", "Liverpul" və "Mançester Yunayted" kimi nəhənglərin də maraqlandığı iddia olunur.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR