idman

\"Mançester Yunayted\" futbolçusunu satmaq istəyir

  • 29 Jul 2018
  • 154930 baxış

"Mançester Yunayted"in müdafiəçisi Markos Roxo başqa kluba keçə bilər.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 28 yaşlı futbolçunun xidmətlərində Wolverhampton maraqlıdır. "Canavarlar"dan 28 milyon avroluq təklif alan "Yunayted"in baş məşqçi Joze Mourinyo argentinalı futbolçunun satılmasını istəyib. Portuqal mütəxissis bununla "Lester"in mərkəz müdafiəçisi Qarri Maquayrı almağa ümid edir. "Qırmızı şeytanlar" Maquayrın transferini 67,5 milyon avroya həll etməyə çalışır.

Ötən mövsüm cəmi 12 matçda iştirak edən Roxo martda müqavilə müddətini 2021-ci ilə qədər uzatmışdı.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR