idman

Səmədov mükafata görə Putinə təşəkkür etdi

  • 29 Jul 2018
  • 154830 baxış

Spartak-ın yarımmüdafiəçisi, Rusiya yığmasının sabiq futbolçusu, Azərbaycan əsilli Aleksandr Səmədov Kremldə prezident Vladimir Putin tərəfindən mükafatlandırılmasına münasibət bildirib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, DÇ-2018-də uğurlu çıxış edən Rusiya yığmasının Kremldə qəbul edilməsindən sonra Səmədov sosial şəbəkədə fikirlərini yazıb. O, azarkeşlərə və şəxsən prezidentə təşəkkürünü bildirib:

"Kremldə prezident Putinin əlindən mükafat almaq böyük şərəf idi. Mənim əməyimi yüksək qiymətləndirdikləri üçün milyonlarla rusiyalıya və şəxsən prezident Putinə təşəkkür edirəm".

Səmədov DÇ-2018-in 1/4 finalında Xorvatiya ilə keçirilən oyundan sonra Rusiya yığmasında karyerasını bitirdiyini bildirmişdi.

XalqTV.com 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR