idman

\"Qarabağ\"ın rəqibinə növbəti mükafat vəd olundu

  • 29 Jul 2018
  • 154934 baxış

Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi Kukesi-nin prezidenti Safet Qyiçi Valletta ilə oyunlardan əvvəl futbolçulara vəd etdiyi 100 min avroluq mükafatı verib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, təmsilçimizlə matçdan (0:0) sonra komandanın çıxışından razı qalan prezident vədinə əməl edib. "

Qarabağ-la avqustun 1-də keçiriləcək cavab görüşü öncəsi Qyiçinin bu addımı komandada əhval-ruhiyyəni yüksəldib. Hətta o, futbolçulara yeni mükafat söz verib. Əgər Kukesi Qarabağ-ı keçsə, oyunçular boş kağıza istədikləri məbləği yazacaqlar. Bu məbləğin isə əvvəlkindən çox olacağı gözlənilir. Çünki albanlar Qarabağ-ı Valletta-dan daha ciddi rəqib hesab edirlər.

Qarabağ - Kukesi oyunu avqustun 1-də Bakıda keçiriləcək.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR