idman

Klopp: \"Ramosa sərt cəza vermək lazım idi\"

  • 29 Jul 2018
  • 1514937 baxış

Liverpool-un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının finalında "Real"la qarşılaşmanı xatırlayıb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, alman mütəxəsis həmin oyunda Ramosla Salah arasındakı mübarizəyə yenidən qayıdıb.

"Real azarkeşi olmayanlar Ramosu zalım və qəddar hesab edirlər. Onun Salaha qarşı hərəkətinə görə sərt cəza vermək lazım idi. Əgər VAR sistemindən istifadə olunsaydı, həmin epizoda mütləq baxılacaqdı. Əvvəlcə qapıçının sifətinə dirsəklə vurdu, daha sonra isə hücumçuya qarşı güləş fəndi işlətdi. Məhz bu hərəkətlər onlara qələbə qazandırdı. Ramos daha sonra bu zədələrə görə sevinmədiyini bildirdi. Ancaq onun bu sözləri mənə səmimi gəlmədi. Bunu normal saymıram".

Salah məhz həmin görüşdəki zədədən sonra bir müddət yaşıl meydanlardan uzaq qalmışdı.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR