Dünya

Gürcü sülhməramlıları oğurluqda şübhəli bilinirlər

  • 29 Jul 2018
  • 154504 baxış

ABŞ Silahlı Qüvvələrinin Hərbi Polisi Əfqanıstanda xidmət edən 4 gürcü hərbçisi ilə bağlı istintaqa başlayıb.

XalqTV.com APA-ya istinadən bildirir ki, gürcü sülhməramlıları "Baqram" hərbi bazasından oğurluq etməkdə şübhəli bilinirlər.

Oğurlanmış əşyaların dəyəri 3600 dollar təşkil edir. İstintaq çərçivəsində həyata keçirilmiş axtarış zamanı həmin əşyaların bir hissəsi hərbi bazada tapılıb, bəzilərinin isə Kabul bazarında satıldığı müəyyən olunub.

>

Gürcüstanın Müdafiə Nazirliyi faktla bağlı bəyanat yayaraq, hərbi bazada baş vermiş oğurluğu pisləyib. Nazirlik oğurluq faktı üzrə aparılan istintaqda ABŞ tərəfi ilə sıx əməkdaşlıq edir.

XalqTV.com 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR