idman
\"Sumqayıt\" Bolu toplanışını qələbə ilə başa vurdu
2018/19 mövsümünə hazırlaşan Sumqayıt Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində son yoxlama matçına çıxıb.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Nazim Süleymanovun çalışdırdığı komanda Türkiyə 1-ci liqa təmsilçisi Giresunspor-la üz-üzə gəlib. Topuk Yaylası idman kompleksinin stadionunda baş tutan oyunda Sumqayıt minimal hesabla qələbə qazanıb. Qarşılaşmada yeganə qolu 36-cı dəqiqədə Süleyman Əhmədov vurub. Bununla da, Sumqayıt Bolu toplanışını başa vurub.
Sumqayıt Türkiyədəki əvvəlki yoxlama oyunlarında Qətərin Al-Şəhaniyə klubu ilə heç-heçə edib (1:1), Türkiyənin Alanyaspor klubuna 0:7 hesabıyla məğlub olub, yerli Yeni Malatyaspor-a isə 3:1 hesabı ilə qalib gəlmişdi.
XalqTV.com
RƏYLƏR