Dünya

Sara ilk dəfə qızları ilə şəkil paylaşdı - FOTO

  • 29 Jul 2018
  • 155145 baxış

53 yaşlı Sara Cessika Parker ailəsi ilə birlikdə Siciliyada dincəlir. 

XalqTV.com axşam.az-a istinadən bildirir ki, aktrisa qızları Tabita və Merionla gəzərkən görünüb. Amma Sara fotolarının çəkilməsinə icazə verməyib. 

Aktrisa daha sonra övladları ilə şəklini sosial şəbəkədə yayımlayıb. Amma o, qızlarının üzünü göstərməyib. Cessika şəklə "Gülüş hər şeydən xəbər verir. Bütün gözləntilərimizi doğrultduğun üçün Siciliya, təşəkkürlər" sözlərini yazıb. 

>

Qeyd edək ki, Sara Parker 1997-ci ildən 56 yaşlı aktyor Metyu Broderiklə ailəlidir. Cütlüyün 16 yaşında oğlu Ceyms və iki qızı var. Aktrisa heç vaxt övladlarının üzünü göstərmir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR