idman

Almeyda 90 dəqiqə oynadı, Astana qələbə qazandı

  • 29 Jul 2018
  • 155211 baxış

Qazaxıstan Premyer Liqasında 21-ci tura start verilib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, millimizin yarımmüdafiəçisi Riçard Almeydanın şərəfini qoruduğu Astana Atırau-nu qəbul edib. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Astana" - "Atırau" - 2:0
Qollar: Yuri Logvinenko, 2, Sergiy Malyi, 62

Start heyətində meydana çıxan Almeyda 90 dəqiqə oynayıb. Ötən mövsümü icarə əsasında Qarabağ-da keçirən Pedro Enrike isə ehtiyatda qalıb. Astana 53 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR