Hadisə

Sumqayıtda 45 yaşlı kişini maşın vurdu

  • 29 Jul 2018
  • 155844 baxış

Sumqayıtda 45 yaşlı kişini maşın vurub.

XalqTV.com report.az-a istinadən bildirir ki, hadisə İnşaatçılar qəsəbəsində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini 1973-cü il təvəllüdlü Rəhimov Xaliq Nəcib oğlu inşaatçılar qəsəbəsi ərazisində yolu keçərkən qarşı tərəfdən gələn naməlum avtomobil tərəfindən vurulub.

>

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Sürücü isə məsuliyyətə cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR