idman

Gələcəyi ilə bağlı qərar verdi

  • 29 Jul 2018
  • 151918 baxış

"Roma"nın futbolçusu Stefan El Şaaravi komandadan ayrılmayacaq. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, bu barədə futbolçunun qardaşı və meneceri olan Manuel El Şaaravi açıqlama verib. Manuel El Şaravi İtaliya mətbuatına açıqlamasında bunları deyib:

"El Şaaravi burda xoşbəxtdir və klub üçün əlindən gələni edir. O, indi yalnız növbəti mövsüm haqda düşünür. Mən əminliklə deyə bilərəm ki, Stefan "Roma"da qalacaq. "Torino"dan bizə təklif gəlmişdi. İngiltərə Premyer Liqa klublarından da onu istəyən var idi. Lakin El Şaravi klubunu dəyişmək istəmir". El Şaravi "Roma"ya 2016-cı ildə "Milan"dan transfer olunub.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR