Dünya

Təyyarəni ildırım vurdu: aeroporta qayıtdı

  • 29 Jul 2018
  • 158810 baxış

"Air Moldova" aviaşirkətinə məxsus təyyarəni ildırım vurub.

XalqTv.com-un TASS-a istinadən verdiyi məlumata əsasən, Kişinyovdan Sankt-Peterburq şəhərinə uçmağı planlaşdırılan "Embraer E-190" təyyarəsini Ukraynanın Odessa vilayətinin üzərində ildırım vurub.

Qeyd olunur ki, hadisə təyyarənin havaya qalxandan 10 dəqiqə sonra baş verib. Təyyarənin göyərtəsində 113 sərnişin olub.

>

Dörd min kilometr yüksəkliyində olan təyyarə Kişinyov aeroportuna qayıdıb. Təyyarəyə ziyan dəymədiyi bildirilir, sənişinlərdən xəsarət alan olmayıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR