Dünya

Zənginlər nə qədər zəngindir?

  • 28 Jul 2018
  • 154497 baxış

"Yoxsullar zənginlərin nə qədər zəngin olduqlarını bilsəydilər, qiyamət qopardı" ifadəsi nə qədər həqiqətə uyğundur?

Amerikalı komediya aktyoru Chris Rock 2014-cü ildə New York jurnalına verdiyi müsahibəsində zənginlə yoxsul arasında böyüyən uçurumdan danışarkən bu ifadədən istifadə etmişdir.

Bəs qeyri-bərabərliyi araşdırarkən zənginliyi ölçməyin ən yaxşı yolu nədir?

Bu mövzudakı araşdırmaların çoxu gəliri əsas götürür. Bu məsələdə məlumat məhdudiyyəti də yoxdur. Lakin zənginlik sadəcə bir illik pul gəlirləri ilə bağlı deyil. Keçmişdən gələn pul yığımı da bura daxildir. Əvvəllər bu pul yığımını kəmiyyət olaraq ölçmək çox çətin idi.

Zənginlər bəlkə də üsyana yol açmamaq üçün sərvətləri haqqında məlumat verilməsini istəməzlər. Lakin bu mövzunu araşdıranlar zəngin ilə yoxsul arasındakı uçurumu düzgün ölçə bilmək üçün davamlı olaraq daha düzgün məlumat axtarışındadırlar.

Küçədə zorakılıq aktlarını təşviq etmək kimi bir niyyətim yoxdur, amma insanların cəmiyyətdəki qeyri-bərabərlik səviyyəsinin fərqinə varmasının vacibliyini düşünürəm.

Bunu başa düşməyin ən yaxşı yolu sərvət qeyri-bərabərliyini nəzərdən keçirməkdir.

/>Chris Rock:"Yoxsullar zənginlərin nə qədər zəngin olduqlarını bilsəydilər, qiyamət qopardı"

Sərvətin ölçüsü

Qeyri-bərabərliyi ölçməyin bir çox yolu var. Bunlardan ən geniş yayılanı gəlirdir. Bu sahədə məlumat bol olduğu üçün ölçü aparmaq daha asandır. Lakin bu məlumatlar sadəcə bir anın şəklini çıxarmağa yarayır.

Sərvət isə bir pul yığımını ifadə edir. Sadəcə mövcud gəliri deyil, keçmiş illər və keçmiş nəsillərdən qalmış bir yığımdan təsirlənir. Zənginlərlə digər təbəqələr arasındakı qeyri-bərabərliyi başa düşmək üçün bu sərvət qeyri-bərabərliyini nəzərdən keçirmək lazımdır.

Bir insanın sərvəti eyni zamanda yaşayış səviyyəsini və fürsətlərini də təyin edir. Təhsilə nə qədər pul xərcləyəcəyi, rifah səviyyəsi, təqaüd zamanı yaşayış səviyyəsi də buna bağlıdır. Hər hansı bir xəstəlik və ya təmir kimi bir xərc çıxdığında baş verəcək stress miqdarına təsir göstərir.

/>ABŞ-da sərvət qeyri-bərabərliyi digər inkişaf etmiş ölkələrlə müqayisədə daha böyükdür

Böyüyən uçurum

ABŞ-da sərvət qeyri-bərabərliyi məlumatlarına baxdığımızda böyük bir uçurum görürük. 2013-cü ilin rəqəmlərinə əsasən, ABŞ-dakı ən zənginlərin 5 faizini təşkil edən ailələr ümumilikdə sərvətin 62,5 faizinə nəzarət edir.

30 il əvvəl bu rəqəm 54,1 faiz idi. Qalan 95 faizin sərvət payı isə 45,9-dan 37,5 faizə düşüb.

2013-cü ildə yüksək gəlirli ailələrin orta sərvəti (illik 640 min dollar) orta gəlirli ailə sahiblərinin (illik 97 min dollar) yeddi qatı idi və bu, son 30 ilin ən böyük natarazlığını yaradırdı.

>

Sərvət qeyri-bərabərliyi sahəsindəki araşdırmaları ilə tanınan Emmanuel Saez və Gabriel Zucman-a görə, əhalinin ən zəngin 0,01 faizlik kəsiminin sərvəti 1979-cu ildə sadəcə 7% olarkən, 2012-ci ildə bu rəqəm 22%-ə yüksəlmişdi.

Lakin gəlir qeyri-bərabərliyi daha fərqli tablo təqdim edir. Ən zəngin 5% ailə 2013-də ABŞ-dakı gəlirin 30%-ni əldə etmişdi. Amma bunların toplam sərvət payı təqribən 63% təşkil edirdi.

Son 30 ildə sərvət qeyri-bərabərliyinin bu qədər artdığı tək ölkə ABŞ olmasa da, siyahıya o, başçılıq edir. Ən yuxarı 5%-lik kəsimin sərvəti orta ailənin sərvətinin 91 qatıdır.

Bu, 18 inkişaf etmiş ölkə arasındakı ən böyük rəqəmdir. Sərvət qeyri-bərabərliyində ABŞ-dan sonra ikinci yerdə olan Niderlanddakı rəqəm bunun yarısı səviyyəsindədir.

/>Çində də sərvət bərabərsizliyi getdikcə artır

Vergi kəsirləri zənginin işinə yarayır

ABŞ-da vergi ilə bağlı son tənzimləmələr bu məsələni daha da çətinləşdirəcək. Yüksək gəlirləri olanlar üçün vergi faizi 39,6%-dən 37-yə, təşkilat vergisi isə 35%-dən 21-ə endirildi. Buna görə ən alt 20%-in vergisində illik 40 dollar zəifləmə olarkən, ən üst 20%-lik hissə 5 min dolları ötür.

Ən zəngin 0,1%-lik hissə isə 62 min dollar vergi qənaəti etmiş olacaq. Əhalinin digər hissələrində bir o qədər dəyişiklik olmadığı halda, ən zəngin hissənin vergi qənaəti 2026-cı ildə 152 min dollar təşkil edəcək.

Araşdırmalar vergi kəsirləri yoluyla zənginlərə daha çox pul gəlməsinin iqtisadi böyüməyə bir töhfəsi olmadığı kimi, yoxsul amerikalılar baxımından təhsil fürsəti və orta yaş baxımından (son iki ildir zəifləmə qeyd edilir) mənfi təsir etdiyini göstərir.

/>

Fərqində olmaq problemi

Bəs aktyor Chris Rock amerikalıların cəmiyyətdəki qeyri-bərabərlik məsələsindən xəbərsiz olduğunu söyləməkdə haqlıdırmı? Araşdırmalar vəziyyətin həqiqətən də belə olduğunu göstərir.

2011-ci ildə keçirilən bir sorğu xalqın ABŞ-dakı sərvət qeyri-bərabərliyini olduğundan daha çox aşağı gördüyünü ortaya qoyub.

ABŞ-dakı sərvət qeyri-bərabərliyinin sosial və ya əxlaqi olaraq davam edib-etməməsi və Rock-un əvvəldən gördüyü üsyanlara yol açıb-açmaması açıq bir sualdır.

Amma əvvəlcə sərvət qeyri-bərabərliyinin nə səviyyədə olduğunu başa düşmək lazımdır. Bu məsələ ilə bağlı nə edəcəyimizə də bundan sonra qərar vermək olar.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR