idman

Cüdoçumuz bürünc medal qazanıb

  • 28 Jul 2018
  • 155217 baxış

Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-Pri yarışı keçirilir. Beynəlxalq turnirin ikinci günü millimiz aktivinə bir medal yazdırıb.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, 73 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Rüstəm Orucov turnirin bürünc medalını qazanıb.

Qeyd edək ki, 78 ölkədən 326 kişi və 182 qadın olmaqla, ümumilikdə, 508 cüdoçunun qüvvəsini sınadığı yarışda Azərbaycan millisi 11 (10 kişi, 1 qadın) idmançı ilə təmsil olunur.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR