idman

Şimali İrlandiya millisinin hücumçusu \"Qarabağ\"da?

  • 28 Jul 2018
  • 155225 baxış

"Qarabağ" heyətinə daha bir futbolçu cəlb etməyə hazırlaşır. Söhbət Şotlandiyanın "Harts" klubunun hücumçusu Kayl Laffertidən gedir.

XalqTV.com futbolpress.az-a istinadən xəbər verir ki, "Qarabağ" təcrübəli oyunçunun xidmətində maraqlıdı. Lafferti ilə "Reyncers"in də maraqlandığı bildirilir.

Stiven Cerrardın baş məşqçisi olduğu "Reyncers" şimali irlandiyalı üçün  200 min funt-sterlinqlik təklif göndərdiyi vurğulanıb. Amma "Harts" bu təklifi qəbul etməyib. Ancaq bu yay 30 yaşlı forvardın komandanı tərk edəcəyi gözlənilir.

Şimali İrlandiya millisinin də üzvü olan Lafferti DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığmasına qarşı ev oyununda (4:0) da fərqlənməyi bacarmışdı.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR