idman

\"Sabah\" Super Liqa klubu ilə qarşılaşacaq

  • 28 Jul 2018
  • 155228 baxış

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Sabah" bu gün hazırlıq çərçivəsində son yoxlama oyununu keçirəcək.

XalqTV.com xəbər verir ki, rəqib Türkiyə Super Liqa təmsilçisi "Alanyaspor" olacaq. Qarşılaşma yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə 17:00), Topuk yaylası idman kompleksinin meydançasında keçiriləcək.

Xatırladaq ki, Elşad Əhmədovun komandası Bolu toplanışı çərçivəsində keçirdiyi əvvəlki görüşlərdə "Giresunspor" (1:1), "Osmanlıspor" (1:1) və "Sancaktepe Bələdiyyəspor" (2:2) klublarıyla üz-üzə gəlib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR