idman

\"Beşiktaş\" \"Liverpul\"un qapıçısını istəyir

  • 28 Jul 2018
  • 155873 baxış

Fabrini "Fulhem"ə satan "Beşiktaş" qapıçı axtarışlarını davam etdirir.

XalqTV.com xəbər verir ki, İstanbul nəhəngi "Liverpul"un çərçivə qoruyucusu Simon Minyoleni transfer etmək istəyir.

İngiltərə mətbuatının yazdığına görə, "qara qartallar" Belçika millisinin üzvü üçün Premyer Liqa təmsilçisi ilə danışıqlara başlayıb. "Roma"dan Alisson Bekeri heyətinə qatan ingilislər Minyoleni satmağa müsbət yanaşır. "Liverpul" 30 yaşlı qapıçı üçün 12 milyon avro tələb edir.

Qeyd edək ki, Minyole 2013-cü ildən "Liverpul"da çıxış edir. O, "qırmızılar"ın heyətində 202 qarşılaşmada meydana çıxıb.

Elçin Əlixan
XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR