Xəbərlər

İşığın təsiri ilə hərəkət edən material yaradılıb

  • 28 Jul 2018
  • 154889 baxış

ABŞ-ın Tafts Universitetinin tədqiqatçıları işığın təsirinə məruz qalan zaman hərəkət edən maqnit elastomer kompozitlər hazırlayıblar.
 
XalqTV.com ICTnews-a istinadən bildirir ki, biologiyada işığın hərəkətə gətirdiyi (bitkilər günəş işığı tərəfinə uzanırlar) çoxlu nümunələrə rast gəlmək mümkündür. Yeni tədqiqatda təsvir edilən işıq aktuator qurğuları Küri temperaturunun iş prinsipinə əsaslanır. Maqnit materialın qızması və soyuması zamanı onun maqnit xüsusiyyətlərini "qoşmaq" və "söndürmək" olar. Ferromaqnit hissəciklərə malik biopolimer və elastomerlər lazer və ya günəş işığının təsiri ilə qızaraq maqnit xüsusiyyətlərini onlar yenidən soyuyanadək müvəqqəti itirirlər. Plyonka, süngər və hidrogellər şəklində formalaşan materialın əsas hərəkətləri əyilmə, bağlama və genişlənmə şəklində görünə bilər.
 
Mütəxəssislərin sözlərinə görə, bu sadə hərəkətləri sürünmə, yerimə və ya üzmə kimi çətin hərəkətlərdə birləşdirmək mümkündür. Həmçinin bu hərəkətləri işıqdan istifadə edərək simsiz şəbəkə vasitəsilə işə salmaq və idarə etmək olar. Belə işıq materialları sadə və mürəkkəb hərəkətləri yerinə yetirən geniş spektrli qurğuların hazırlanmasını təmin edə bilərlər.

XalqTV.com

>

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR