idman

Meksika millisinin baş məşqçisi istefa verdi

  • 28 Jul 2018
  • 155199 baxış

Futbol üzrə Meksika yığmasının baş məşqçisi Karlos Osorio istefa verib.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, bu barədə Meksika Futbol Federasiyası bildirib.

Onun rəhbərliyi altında Meksika millisi Rusiyada keçirilən Dünya Çempionatında iştirak edərək pley-off-da 1/8 final mərhələsində Braziliya millisinə məğlub olaraq mübarizəni dayandırdı.

Osorio Meksika millisini 2015-ci ildən başçılıq edirdi. Onun rəhbərliyi altında komanda 52 matç keçirib, onlardan 33 dəfə qalib gəlib, 10 dəfə heç-heçə edib və 10 dəfə məğlub olub.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR