idman

Millimizin oyunlarının vaxtı açıqlandı

  • 27 Jul 2018
  • 1542231 baxış

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi üç oyunun vaxtı və stadionu müəyyənləşib.

XalqTV.com AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmamız sentyabrın 6-da, saat 21:00-da İsrail, sentyabrın 11-də, saat 20:00-da isə Norveç komandası ilə qarşılaşacaq. Hər iki oyun "Dalğa Arena"da keçiriləcək.

Komandamızın Norveçin müvafiq yaş qrupundan ibarət yığması ilə oktyabrın 16-dakı oyunu isə Drammen şəhərindəki "Marienlyst Stadium"da, Bakı vaxtı ilə saat 20:00 keçiriləcək.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR