Xəbərlər

Qohumunu öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

  • 27 Jul 2018
  • 155158 baxış

Sumqayıtda qohumunu öldürməyə cəhddə təqsirləndirilən Aqil Abddulayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

XalqTv.com-un Report-a istinadən xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə Eldar İsmayılovun icraatına verilib. Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası avqustun 1-nə təyin edilib. Qeyd edək ki, cinayət hadisəsi bu il aprelin 2-də Sumqayıt şəhərinin 21-ci məhəlləsində baş verib. Həmin ünvanda 1998-ci il təvəllüdlü Abdullayev Süleyman Müseyib oğlu bıçaqlanıb. Ürək və bədəninin digər nahiyələrindən bir neçə bıçaq zərbəsi alan 20 yaşlı gənc dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına (TTYX) çatdırılıb. Vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib. Araşdırma zamanı hadisəni törədən 1975-ci il təvəllüdlü Abdullayev Aqil Rauf oğlunun olduğu müəyyən edilib. O, bıçaqlanan şəxsin qaynının əmisi oğludur. Onun hadisəni namus üstündə törətdiyi bildirilib. Daha sonra saxlanılan A.Abdullayev barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ittiham irəli sürülüb.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR