Dünya

ABŞ-ın neft ehtiyatları azalıb

  • 27 Jul 2018
  • 154892 baxış

ABŞ-ın xam neft ehtiyatları yenidən azalıb.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 6,1 milyon barrel (1,5 faiz) azalaraq 404,9 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 2,6 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə ölkənin neft ehtiyatları 5,8 milyon barrel artmışdı.

ABŞ-ın strateji neft ehtiyatları dəyişməyərək 660 milyon barrel təşkil edib.

>

Ölkənin benzin ehtiyatları da ötən hesabat həftəsində 2,3 milyon barrel (1 faiz) azalaraq 233,5 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 700 min barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə benzin ehtiyatları 3,2 milyon barrel azalmışdı.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR