İqtisadiyyat

Sahələrdə qalmış pomidorun qəbulu başlanıb - VİDEO

  • 26 Jul 2018
  • 152004 baxış

Ərzaq Məhsullarının Tədarükü və Təchizatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndələri Masallıda sahələrdə qalmış pomidorun qəbuluna başlayıblar.

XalqTV.com xezerxeber.az-a istinadən bildirir ki, qurumun nümayəndələri fermerlərdən mahsulu alaraq bazarlara deyil, birbaşa istehsal müəsissələrinə təhvil veriblər. İlk dəfə olaraq pomidor tədarükü rayonun Göyəçöl kəndində həyata keçirilib. Proses digər rayonlarda da davam etdiriləcək.

Məhsulun qiyməti emal müəssisəsi ilə fermerlər arasındakı razılaşma əsasında təyin edilib.

>

Sahələrdən yığılan məhsul Ərzaq Məhsullarının Tədarükü və Təchizatı Açıq Səhmdar Cəmiyyətinin maşınları vasitəsi ilə daşınaraq emal müəssisəsinə təhvil verilib.

XalqTV.com

Videonu izləmək üçün şəklə klikləyin:
/> vspace="5" />

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR