Siyasət

Zakir Həsənov Moskvaya gedir

  • 26 Jul 2018
  • 154973 baxış

İyulun 27-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə səfər edəcək.

Müdafiə Nazirliyindən XalqTv.com-a verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənov iyulun 28-də "Beynəlxalq ordu oyunları - 2018" yarışlarının rəsmi açılış mərasimində iştirak edəcək.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR