Siyasət

Paşinyan: \"Putini başqa cür təsəvvür edirdim\"

  • 26 Jul 2018
  • 155225 baxış

Ermənistan baş naziri Nikol Paşinyan "Exo Moskva" radiostansiyasına müsahibəsində Rusiya prezidenti Vladimir Putinlə görüş barəsində təəssüratlarını bölüşüb. 

XalqTV.com oxu.az-a istinadən xəbər verir ki, Paşinyan Putini başqa cür təsəvvür etdiyini deyib. 

Onun sözlərinə görə, rus liderin səmimi insan olması onun üçün "xoş sürpriz" olub. 

"İkimiz də səmimiyik və sözü birbaşa deyirik. Moskva səfərindən sonra mən dedim ki, Ermənistan və Rusiya arasındakı münasibətlərdə qaranlıq tərəflər olmamalıdır", - Paşinyan bildirib. 

O əlavə edib ki, bu, Rusiya və Ermənistanın hər şeydə razılaşacağı anlamına gəlmir. Paşinyan əlavə edib ki, söhbət "səmimi" münasibətlərdən gedir. 

Bundan əvvəl, Paşinyan Putinlə Moskvada keçirdiyi görüşü effektiv hesab edib. 

XalqTV.com

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR