idman

Messi Argentina millisindən ayrılır?

  • 25 Jul 2018
  • 155830 baxış

Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapia millinin lideri Leonel Messi ilə bağlı danışıb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Tapia Messinin milli komandadan ayrılmayacağını deyib. "Dünya çempionatı ilə bağlı müzakirə aparmamışıq. Hazırda Messi dincəlir. Düşünürəm ki, Leo millidə karyerasını davam etdirəcək. Onu bur müddət sakit buraxmaq lazımdır. Əsas fikrimizi yeni komandanın yaradılmasına yönəltməliyik", - deyəTapia bildirib.

O, milli komandanın sabiq baş məşqçisi Xorxe Sampaolinin işinə də münasibət bildirib."Etiraf edim ki, komandamız Sampaolinin rəhbərliyi altında uğursuz oynadı. O,Çilli millisində və Sevillia komandasındakı nailiyyətlərindən tez-tez danışırdı. Amma Argentina millisində heç nə ilə yadda qalmadı. Düşünürəm ki, onun baş məşqçi seçilməsi bizim səhvimiz idi".

Klaudio Tapia bir neçə futbolçu ilə yollarını ayıracaqlarını vurğulayıb. Onun fikrincə, milli komandanın məşqçilər korpusu da tamamilə yenidən qurulmalıdır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR