Dünya

Narkotikdən istifadə edən müğənni xəstəxanaya yerləşdirildi

  • 25 Jul 2018
  • 155203 baxış

25 yaşlı müğənni Demi Lovato Los-Ancelesdə xəstəxanaya yerləşdirilib. 
XalqTv.com-un xarici KİV-ə istinadən məlumatına görə, onun halının pisləşməsinə səbəb narkotik maddə qəbul etməsi olub. Həkimlər ifaçının halının hazırda yaxşı olduğunu bildiriblər. 


"Deminin halı hazırda yaxşıdır. Ailəsi onun haqqında yayılan xəbərlərin yığışdırılmasını istəyir. Çünki onların şəxsi işlərinə qarışmaqlarına üzülürlər. İndi ən önəmlisi Deminin səhhətinin yaxşı olmasıdır" deyə, sənətçinin köməkçisi açıqlama yayıb. 

Məlumatda bildirilib ki, Lovato Hollivuddakı evində huşsuz vəziyyətdə tapılıb. Onu dostları tapıb və xəstəxanaya aparıblar. 

Qeyd edək ki, Demi uzun illərdir narkotiklə mübarizə aparır. 


XalqTv.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR