idman
Mourinyo fransalı hücumçunun getməsinə tərəfdardır
"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo Antoni Marsialı yeni mövsüm planlarına daxil etmir.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, portuqal mütəxəsis bununla bağlı klubun vitse-prezidenti Ed Vudvordla müzakirələr aparır.
Mourinyodan fərqli olaraq, Ed Vudvord fransalı hücumçunun komandada qalmasının tərəfdarıdır. Bu səbəbdən ikili arasında fikir ayrılığı yaranıb.
Hazırda Juventus və Bayern Munchen 22 yaşlı oyunçu ilə yaxından maraqlanır. Marsial komandadan ayrılacağı təqdirdə, Joze Mourinyo İvan Perişiç (İntei) və Villyandan (Chelsea) birini sərəncamında görmək arzusundsadır.
XalqTV.com
RƏYLƏR