Mədəniyyət

Gündəlik namazlar nə zamandan vacib oldu?

  • 22 Jul 2018
  • 155259 baxış

Bəzi tarixi mənbələrə əsasən bu gün rəbul-əvvəlin 12-si gündəlik namazların vacib olan günüdür. Namaz dinin ən mühüm göstərişlərindən biridir. Həmçinin diqqət etsək görərik ki, namaz dinin açarıdır. Yəni bütün əhkamlar hardasa namazdan keçir. Necəki bunu özümüzdə və ətrafımızda da müşşahidə edirik. Allahın hökümlərinə yalnız namaz əhli diqqət eliyir. Namaza başlamaqla sanki isan Allahın hökümlərini icra etməyə başlayıram deyir. Namaza başlamaqla digər hökümlərə də diqət olunmağa başlayır.

XalqTV.com islaminsesi.info-ya istinadən bildirir ki, Qurani Kərimdə namazı əmr edən ayəlar çoxdur:

Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin! (Bəqərə-43)

Namaz qılın, zəkat verin! Özünüzdən ötrü  etdiyiniz xeyri Allah yanında taparsınız. Həqiqətən, Allah nə etdiklərinizi görəndir! ( Bəqərə-110)

Namazlara, (xüsusilə) orta namaza riayət (əməl) edin və Allaha itaət üçün ayağa qalxın (namaza durun)-(Bəqərə-238).

>

Namazın nə zamandan vacib olmasına gəlincə isə mənbələrdə besətin, yəni peyğəmbərliyin 12-ci ilində vacib olmsı qeyd olunur.

Ayətullah Cəfər Sübhani buyurur: Namaz merac gecəsində vacib olub. Allah Təala müsəlmanlara gündəlik 5 dəfə namaz qılmağı vacib edib.

Meracın dəqiq nə zaman baş verməsinə gəlincə isə nəzərlər müxtəlifdir. Amma ümumi fikir budur ki, merac bir dəfə yox bir neçə dəfə baş verib və namaz bunların birində vacib olub (Hövzə.net).

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR