idman

Millinin qapıçısı \"Çelsi\"nin transfer hədəfində

  • 22 Jul 2018
  • 155286 baxış

"Real"ın Tibo Kurtuanı transfer siyahısına daxil etməsi "Çelsi"ni qapıçı axtarışlarına məcbur edib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, London klubunun gözaltı etdiyi bəzi qolkiperlər də var.

"Zadəganlar"ın çərçivə üçün düşündüyü ilk oyunçu "Everton"un üzvü Cordan Pikforddur. İngiltərə millisinin heyətində dünya çempionatında parlaq çıxışla diqqət çəkən 24 yaşlı qolkiperlə danışıqlara artıq start verilib. Pikford özü də böyük klublardan birinə keçmək istəyir. Pikford "Everton"a ötən il "Sunderland"dən keçib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR