idman

\"Sabah\"dan növbəti heç-heçə

  • 21 Jul 2018
  • 154576 baxış

Türkiyədə təlim-məşq toplanışını davam etdirən "Sabah" növbəti yoxlama oyununu keçirib.

XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, rəqib yerli "Osmanlıspor" olub.

"Bolu Termal Otel"in meydançasında keçirilən görüşün 13-cü dəqiqəsində Tural Qürbətov Premyer Liqanın debütantını hesabda önə keçirib. Lakin ev sahibləri sona 7 dəqiqə qalmış matçda tarazlığı bərpa ediblər - 1:1. Oyun elə bu hesabla da başa çatıb.

"Sabah" matça bu heyətlə çıxıb: 30. Saşa Stamenkoviç, 4. Tərzin Cahangirov, 5. Kərim Diniyev, 6. Vadim Abdullayev, 7. Vitali Kvaşuk, 11. Elgün Nəbiyev, 14. Tural Qürbətov, 19. Məqsəd İsayev, 21. Novruz Məmmədov, 27. Bəxtiyar Soltanov, 33. Eltun Turabov.

Qeyd edək ki, "Sabah" Bolu toplanışı çərçivəsində keçirdiyi ilk oyunda "Giresunspor"la 1:1 hesablı heç-heçə edib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR