SAĞLAMLIQ

Arıqlamaq istəyən kişilərin diqqətinə!

  • 21 Jul 2018
  • 15866 baxış

Çəkiyə nəzarət etmək, daha fit bir görünüş əldə etmək və bununla yanaşı sağlamlığı qorumaq yalnız qadınlar üçün deyil, kişilər üçün də önəmlidir. Kişilər də sağlam həyata davam etmək üçün qidalanmada bəzi detallara əməl etməlidirlər.

Çəkili kişilərin qarşılaşa biləcəyi problemlər

XalqTV.com saglamolun.az-a istinadən bildirir ki, kişilər qadınlara nisbətən çəkiyə nəzarət etməkdə daha şanslıdırlar. Çünki qadınların bədənindəki yağ toxuması daha çoxdur və maddələr mübadiləsi daha yavaşdır. Kişilər qadınlardan daha çox yemək yeyər, ancaq ani çəki artımı yaşamazlar. Maddələr mübadiləsi sürətlidir, daha güclü əzələ səviyyəsinə sahibdirlər və bədənləri yediklərini daha tez yandırmağa kömək edir.

Kişi və qadınların fiziki görünüşləri "alma" və "armud" olaraq dəyərləndirilir. Qadınların kiloları əsasən omba hissəsində toplandığından qadınlar "armud", kişilərdə isə bel hissədə toplandığından "alma" tipinə aid edilirlər. Kişilərdə daha çox rastlanan  "alma tip köklük", yəni yağın bel əhatəsində toplanması şəkər, qaraciyər yağlanması, yüksək təzyiq, ürək xəstəlikləri, böyrək xəstəlikləri baxımından riskli bir vəziyyətdir. Kişilərin bel ölçülərində 102 sm-i keçmələri istənməz. Hətta yeni araşdırmalar bunun 94 sm olmasını məsləhət görür.  "Armud tip köklük"də daha çox görülən qaraciyər yağlanması, bağırsaq xəstəliyi, prostat, sütun, ağciyər xərçəngi və ürək xəstəlikləri kişilərin diqqət etməsi gərəkən sağlıq problemlərinin başında gəlir.

Köklük isə bütün bu problemlərə təkan verir.

Sağlam arıqlamaq istəyən kişilərə qidalanma tövsiyələri

Ürək sağlamlığını qorumaq üçün həftədə ən az 2-3 dəfə balıq yeyilməlidir.

Xolesterolla bağlı problem varsa, qırmızı ət həftədə ən çox 2 dəfə yeyilməlidir . Həftədə 2 dəfə toyuq və hinduşka əti yeyilə bilər.

Yağ qəbulunu azaltmaq üçün süd və süd məhsullarını az yağlı yeməyə çalışın.  Pendir miqdarına diqqət edin.

Gündə ən az bir yeməkdə tərəvəz olması vacibdir. Zeytun yağlı, qızarmış, salat şəkilində yeyilə bilər.

>

Gündə 2-3 pors meyvə yemək həm sağlamlığa, həm də çəkiyə nəzarət baxımdan faydalıdır.

Ürək sağlamlığını dəstəkləyən yağlı toxumlar miqdarını ötməmək şərtilə gündə yeyilməlidir - 3 qoz, 10 fındıq, 10 badam.

Həftədə 3-4 gün 45-50 dəqiqə müntəzəm idman edin.

Qaraciyər yağlanması, bağırsaq xəstəliyi və çəki problemi olanlar içki qəbuluna diqqət yetirməlidir. Həftədə 1-2 gün 2 qədəh şərab, 2 pivə, 1 vodka, ya da 1 qədəh araq içilə bilər.

Aşağıdakı vitamin və minerallardan çox qəbul edin

Likopen pomidor, qarpız, qreyfurt kimi qidalarda çoxdur. Prostat və ağciyər xərçəngi riskini aşağı salır.

B6, B12 və fol turşusu qandakı homsistein səviyyəsini aşağı salaraq ürək-damar xəstəlikləri riskini azaldır.

Selenium, C və E vitaminləri cinsı sağlığa kömək edir və məhsuldarlığı artırır.

Sink və fol turşusu da eyniylə məhsuldarlığı artırmaq  üçün faydalıdır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45764 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 633 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 636 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 605 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 710 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO