idman
Maradona Belarusda şah kimi yaşayacaq
Belarusun "Brest" klubu ilə anlşan Dieqo Maradona üçün bu ölkədə şahlara layiq şərait yaradılacaq.
XalqTV.com komanda.az-a istinadən xəbər verir ki, Maradona Minskdə yaşayacaq. Onun qalacağı mənzilin dəyəri 20 milyon dollardı.
Mənzilin yaxınlığında kiçik aerodrom da var. Maradano Minskdən Brestə getmək üçün məhz bu aerodromdan yararlanacaq.
Onun məskunlaşdığı mənzilin 7 otağı var. Argentinalıya 11 nəfər xidmət göstərəcək. O, Birləşmiş Ərəb Əmirliklərindən iki avtomobilini də (BMW və Rolls Royce Phantom) Belarusa gətirib.
Maradona "Brest"in idarə heyətinin sədri postunda çalışacaq.
XalqTV.com
RƏYLƏR