idman
"Qəbələ"dən ayrılan futbolçu "Zirə"yə keçdi
Azərbaycanı 2017-2018 mövsümündə Avropa Liqasında təmsil edəcək "Zirə" klubu növbəti futbolçu transferini həyata keçirib.
XalqTV.com-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Qəbələ"dən ayrılan yarımmüdafiəçi Rəşad Sadiqov "qartallar"ın sıralarına qoşulub. 34 yaşlı oyunçu bir illik müqaviləyə imza atıb.
Qeyd edək ki, Rəşad Sadiqov karyerası ərzində "Şəfa", "Qarabağ", "Neftçi", MOİK, "Xəzər Lənkəran" və "Qəbələ" klublarının formasını geyinib. O, Azərbaycan milli komandasında da çıxış edib.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR