idman

\"Sabah\" \"Qarabağ\"a qalib gəldi

  • 21 Jul 2018
  • 157853 baxış

Növbəti mövsümə hazrlığı davam etdirən "Sabah" klubunun əvəzediciləri yoxlama oyununda qüvvəsini sınayıb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, rəqib "Qarabağ"ın müvafiq komandası olub. Binə stadionunda keçirilən görüş "Sabah"ın 1:0 hesablı qələbəsi ilə nəticələnib. Oyunda vurulan yeganə qola Tahir Zeynalov imza atıb.

Bir müddətdir Şamaxıda təlim-məşq toplanışında olan komanda "Qarabağ"la görüşdən sonra geri qayıdaraq, hazırlığı Bakıda davam etdirir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR